Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Gövhər Baxşəliyeva BƏYANAT YAYIB

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

çərşənbə axşamı, 22 avgust 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 22 avgust 2017
EN TR RU

Yazarlar

Nazim Əkbərov

MƏN və BİZ. Hansını işlətmək daha doğrudur?

01.01.2017 17:04

Getdikcə Prezidentimizə hörmətim artır. Bilirsiz niyə? Ona görə ki onu dünyanın başqa dövlət başçıları ilə müqayisə edir və görürəm ki, bizimki bir çoxundan təvazökardır, nitqi ədəblidir. Sübut istəyirsiniz? Buyurun:

Məsələn, bizim Prezident ölkə, onun idaretmə strukturları haqqında danışanda heç vaxt özünə pay çıxartmır, “Mənim” demir. Halbuki başqa ölkələrin prezidentlərindən bəziləri eyni mövzudan danışanda “Mənim nazirim,” “Mənim icra başçım”, “Mənim bələdiyyə sərim”, “Mənim prokurorum”, “Mənim millət vəkilim” və hətta “Mənim ölkəm” deyir. Sözün düzü, bu cür ifadələrdən adamın mədəsi bulanır. Elə bil bu dövlət, hökumət üzvləri bunun dədəsinin köləsidir. Hələ bir də belə biri İslam dünyasını təmsil edirsə, o zaman, Məşədi İbad demişkən, “Vay, vay, vay! Adamın lap zəhləsi gedir”. Bu nə çirkin yekəxanalıqdır, nə əttökənlikdir!

Amma bir dəfə də olsun, bu cür sözləri, ifadələri Prezidentimizin dilindən eşitməmişəm. Həmişə “ölkəmiz”, “vətənimiz,”, “nazirlərimiz”, “polislərimiz” və s. deyir, “mən”siz danışır. Bu, çox böyük, çox yüksək əxlaqi keyfiyyətdir.

Mənəvi qaynaqlarımıza müraciət etsək, “Biz” təbirinin qədimdən bəri məliklərə, sultanlara, şahlara məxsus olduğunu görərik. Onlar heç vaxt tərəf-müqabillərinə münasibətdə, icra məslələrindən, təbələrindən danışarkən “mən” deməmişlər, “biz” demişlər. Bu azmış kimi, qarşısındakına da kim olursa olsun, “sən” deməmişlər, “siz” demişlər. “Biz” xitabında bir həşəmət və böyüklük vardır. Mən təbiri mənəm-mənəmlik, ənaniyyət, özünü başqalarından üstün görməyin zühuru, nəzər çarpmasıdır. Bu baxımdın da padşahların, sultanların “Mən” əvəzinə “Biz” təbirini işlətməsi həşəmət və böyüklüklə yanaşı, Allah qarşısında ədəbdir, əxlaqlılıqdır.

Allah da əzəl və əbədin sultanıdır, padşahıdır. Allah-Təala Qurani-Kərimdə “Mən” təbirindən daha çox “Biz” təbirini işlədir. Məsələn, “Quranı biz endirdik,” (Hicr, 9) - deyir, “Biz göydən pak və təmizləyəci bir su endirdik,” (Fürqan, 48) -deyir və s.

Əgər Allah-Təala yaradılışdan, yaratmaq prosesindən danışırsa, o zaman “Mən” deyir, çünki yaradılışda şəriki yoxdur. Məsələn, “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım,” (Zariyat, 56) -deyir. Lakin yaradılış prosesində şahidlər tələb etdikdə, onları nəzərə vermək lazım gəldikdə, yenə “Biz” deyir. Məsələn, “Biz göyü, yeri və içindəkiləri yaratdıq”. (Kaf, 38).

Bu əxlaqı Peyğəmbərimizin (s.a.s.) həyat tərzində daha qabarıq görürük, çünki O, Allahın əxlaqı ilə əxlaqlanmış biri idi. (Bax: “Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi də gözəl etdi”, (Süyuti, I, 14-15, 35, 51; Acluni, I, 72).

Biz də bacardıqca Mən deməkdən qaçmalıyıq, çünki Mən təkəbbürün ifadəsidir və Allah təkəbbürlüləri sevməz. “Qəlbində zərrə qədər kibir olan cənnətə girməz/girə bilməz”. (Əbu Davud, “Libas,” 26). Belə olan təqdirdə əlbəttə, mən əxlaqlı olanı sevərəm və sevirəm. Odur ki, məndən “Mənim nazirim”, “Mənim icra başçım”, “Mənim bələdiyyə sərim”, “Mənim prokurorum”, “Mənim millət vəkilim”, deyən birini bundan uzaq duran birindən üstün tutmamı gözləməyin.

P.S. Görürsünüzmü, bunu tənqid edə-edə mən də “Mən” dedim. Allah bağışlasın!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 458

© 2017 - NSPSOLUTIONS