Atatürkə bənzəyən aktyor saxlanılıb

Anar Məmmədov “Paşa Bank”a borcunu qaytardı, əmlakından həbs götürüldü

Azərbaycanda rüşvətxorluğa görə nəzərdə tutulan cəza ağırlaşdırılır

çərşənbə axşamı, 28 mart 2017

Menu

çərşənbə axşamı, 28 mart 2017

Yazarlar

Qvami Məhəbbətoğlu

Yol çəkən yola salmağı da bacarmalıdır

05.01.2017 17:17

O gün qardaşım oğluna dedim ki, bəs tay-tuşların hansı sənət dalınca gedəcəkləri barədə artıq qərar qəbul ediblər, sən isə hələ də hansı sənət dalınca gedəcəyini müəyyənləşdirməmisən. Odur e... dostun Rasim həkim, qonşun Əliş hüquqşünas olmaqda israrlıdırlar. Sən isə hər dəfə bu barədə söz düşəndə deyirsən ki, imkan verin, fikirləşim, bir qərara gəlim. Axı bu haqda nə qədər düşünmək olar? Olmaya, ümumiyyətlə, sənin ali təhsil almaq fikrin yoxdu?

Qardaşım oğlu elə bu sözlərimə bənd imiş kimi, həmin an dediklərimə reaksiya verdi: "Əmi, narahat olma, artıq qəti bir fikrə gəlmişəm, yolçəkən olacağam." Uşağın humanitar fənlərə meyl etdiyini bildiyimdən, doğrusu, onun bu seçimi mənə olduqca qəribə gəlsə də, qəlbində şübhə toxumu səpmək istəmədim. Amma nə qədər çalışsam da, özümlə bacara bilmədim. Odur ki, belə bir sevdaya necə, harada düşməsi ilə maraqlanmağa başladım. O: "Əsaslı təmirdən yenicə çıxmış, fəqət çıxdığı günün səhərisi yararsız hala düşmüş Bakı-Quba yolunda", - dedi. Uşağa daha bir neçə sual verməklə mənə qaranlıq olan bəzi məqamlara aydınlıq gətirmək istəyirdim ki, o, dilləndi: "Əmi, əvvəla, mən elə bilirdim ki, yol mədəniyyətdir. Lakin elə həmin yolda minik maşınları sərnişinləri atıb-tutanda yolu beləcə asfaltlayaraq ərsəyə gətirməyin xalis biznes olduğunu dərk etdim. Əlüstü hesabladım bu cür işdən gələn qazancı. Sən demə, yol çəkmək qaz vurub qazan doldurmaq kimi bir şeymiş. Əmi, nə qədər qəribə olsa da, kimsə belə qazan dolduranlara gözün üstə qaşın var demir. Əgər olsaydı, yəqin ki, indiyədək buna görə hansısa qurumun başı ağrıyardı. Hərcənd bu məsələ hər dəfə gündəmə gəlir. Amma nə fayda, yəni gündəmə necə gətirilirsə, eləcə də yola salınır, gedir... Bir də kimdi belə şeylərin ucun alıb ucuzluğa gedən? Yaxud da qazıb baxan ki, görsün asfaltın çəkisi, qalınlığı normadadır, yoxsa yox. Amma bu məqsədlə xərclənən vəsaitə baxanda adamın gözləri kəlləsinə çıxır. Zalım balaları gördükləri işlərin də həçmini elə şişirdirlər ki, sözün düzü, heç bir mübaliğəyə sığmır. Özü də bilirsən, belə yolların kilometri necəyə başa gəlir? Bir sözlə, bütün yollara ayrılan xərclər Avropa standartlarına uyğundur, di gəl, keyfiyyətləri heç nədir. Mən hələ lap fətir qalınlığında olan, yaxud əsaslı təmir adı ilə aparılan, cari təmirlərdən söz açmıram, əmi. Hə...Hə... O yamaqlı yolları deyirəm... Odur ki, əmi, qurban olaram, üzərində belədən-beləyə gəzdiyimiz asfaltın bişmişinə də, çiyinə də... Sən heç bilirsən onun altında nələr var? Əsl xəzinə..."

Qardaşım oğlumun seçimi ilə bağlı etdiyi bu monoloqu məni elə ovsunladı ki, gözlərim qarşında o, əsl yol mühəndis kimi canlandı və ona belə bir sualla müraciət etim: "Qardaşoğlu, bu cür işləməyi baçaracaqsan? Sən heç bilirsən bu çür işlərə görə neçə məmur adamın başının üstünün kəsdirir." Nə desə yaxşıdır: "Baş ki, kəsmirlər, başının üstünü kəsdirirlər də... Belə yol çəkən oğlan, onları yola salmağı da bacarmalıdır. Yəni əsas məsələnin yol çəkməkdə deyil, bu işdə bir amma axtaranları yola salmaqda olduğunu kim bilmir ki? Bir də, əmi, məgər bilmirsən ki, indi yolasalma hər bir idarə və qurumda moddadır?"

Gör-götür dünaysı olduğundan onun bu seçiminə qarşı çıxıb, heç nə demədim. Sadəcə, öz-özümə dilləndim: "Doğrudan da, bir para idarə və qurumlarda, həqiqətən də, asfaltın üzərindəki çatlara bənzər çatlar əmələ gəlib. Kaş həmin çatları yamamaq fikrinə düşənlər də olaydı".

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 259

© 2017 - NSPSOLUTIONS