AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək

“Facebook” ilin sonunda öz çəkdiyi serialllarını göstərəcək

Makron Rusiyanı təcavüzkar adlandırdı

Bazar ertəsi, 26 iyun 2017
TR EN RU

Menu

Bazar ertəsi, 26 iyun 2017

Yazarlar

Anar Qaraxançallı

Qanunun aliliyi yoxsa güclünün qanuniliyi

10.01.2017 15:59

Qanunla güc arasındakı münasibətlər hər dövrdə müzakirə predmeti olub. Ən kiçik müəssisə olan ailədən ən böyük dövlətə kimi hər qurum bu müzakirələrin mərkəzindədir.

Qanunun aliliyini və ya güclü olmasını bu gün demokratik ölkələrdə görə bilərik. Bu ölkələrdə yazılı konstitusiya və qanunlar var. Qurumlar başlarında kim olmasından asılı olmayaraq, yazılı mətnlərə tabe olmaq məcburiyyətindədirlər. Yazılı mətnlər, qanunlar ümumiyyətlə parlamentlərdə, yüzlərlə vəkilin iştirakı ilə, yəni şura ilə müzakirə olunaraq müəyyən edilir. Onlar əlbəttə ki, dəyişdirilə bilər. Amma bunun da öz yolu var. Şəxslərin kefinə görə dəyişdirilə bilməz. Ona görə də, demokratik ölkələrdə bir qurumun başına təsadüfən anormal, hətta psixopat biri gəlsə də, edə biləcəyi çox şey yoxdur. Çünki onun idarəetməsini qanunlar müəyyən edib, hərəkət sahəsi limitlidir. Sistem avtomatik olaraq belələrini ortaya çıxarır.

Güclünün qanuniliyi isə adətən Şərq və Afrika ölkələrində görülür. Belə ölkələrdə rəhbər seçilən və ya təyin olunan şəxs artıq hər şeydir. Qanunlar onun istəklərini aşağıdakılara qəbul etdirmək üçün lazım olan xırda məsələlərdir. Bir az müxalifət damarı olan yerlərdə rəhbər qurtarıcı kimi təqdim olunur. Digər qurumlar və ya ölkələr düşmən kimi göstərilir. Qurumun və ya ölkənin taleyi gündəmdə tutularaq ya da elə göstərilərək, bütün eqoist, ixtiyari addımların nə qədər həyati və doğru olduğu rəiyyətə inandırılır. Belə yerlərdə qanun, hüquq, söz və ifadə azadlığı tələbləri xəyanət kimi görülə bilər.

Bu baxımdan Trampın ABŞ-da Prezident seçilməsi gözəl bir örnəkdir. Seçki prosesində ən absurd iddiaları ilə gündəmə gələn Tramp seçildikdən sonra bəzi iddialarını geri çəkməyə başladı. Çünki orada qanunun aliliyi var. Ən son seçkilərə qarşı Rusiya təxribatı iddiaları oldu. Neçə gündür ABŞ bu iddiaları müzakirə edir. Təhlükəsizlik orqanları əvvəlcə hazırki Prezidentə əldə etdikləri məlumatları təqdim etdilər. Tramp təhlükəsizlik orqanlarının səlahiyyət və tərəfsizlik problemi olduğunu iddia etdi. Bu təbii ki, demokratik ölkələr üçün ciddi ittihamlardır. Sonra Senatda dinləmələr keçirildi. Trampın partiyasından olan Senatorlar da seçkilərə müdaxilə edildiyini təsdiqlədilər. Sonra bu araşdırmaların nəticələri Trampa məruzə olundu.Tramp məruzədən sonra təhlükəsizlik orqanlarına inanıb inanmadığını açıqlamaq məcburiyyətində idi. Əgər Tramp onlara etimad etmədiyini təkrar etsə idi, o zaman təhlükəsizlik orqanlarının statusu, legitimliyi, etibarı müzakirəyə açılacaqdı.

Nəticədə, Tramp təhlükəsizlik orqanlarına güvəndiyini bəyan etdi. Yəni, Tramp hələ faktiki fəaliyyətə başlamadan, bir neçə vədinə xilaf çıxdı. Bu qanunun aliliyinə gözəl bir örnəkdir.

İnsanlar fanidir. Sistemlər, qanunlar şəxslərin marağına deyil, toplumun marağına xidmət etməlidir. Bunu anlayana qədər çox problem həll olmayacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 681

© 2017 - NSPSOLUTIONS