Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

Yazarlar

Nazim Mustafayev

Həllini gözləyən məsələlər...

07.01.2017 16:46

Qadın: - İrəlidə dayanacaqda saxlayarsız.

Sürücü: -Harda?

Qadın: - Dayanacaqda.

Sürücü: - Yaxşı, oldu.

Bu qısa dialoq ilə nəyi izah etməyə çalışacam? Ya da siz bu balaca dialoq ilə nə başa düşürsüz? “Sürücü”, “dayanacaq”, “sərnişin”, “saxlamaq” və digər kəlimələrdən anlamaq olar ki bu dialoq avtobusda cərəyan edib. Bu dialoq haqqında bəs, görəsən, başqa nə demək olar? Məsələn, belə bir sual vermək olarmı: sürücü nə üçün “qabaqda dayanacaqda saxlayarsız” sözünə bir də “harda?” deyə sual verir. Ya da qabaqda dayanacaq varsa, nə üçün qadın “dayanacaqda saxlayarsız” demə ehtiyacı hiss edir? Məgər avtobus dayanacaqda saxlamayacaqmı? Ya da ki, avtobusda “stop düyməsi” yoxdurmu? Buna həm sürücü, həm də sərnişinlər əməl etmirlərmi?

Yazının başında verdiyim qısa dialoqa keçən il avtobusda şahid olmuşdum. Hər əlli, yüz metrdən bir sərnişinlərin öz küçəsinin, ya da öz qapısının qabağında saxlatdığı avtobusların birində... O avtobuslar ki, hər əlini sallayana yolun harasında olur-olsun - dayanaraq sərnişin götürən avtobuslar...

Hər halda bu qədər izah bəs edər ki, “dayanacaqda saxla” sözünə bir də “harda?” deyə sual verən avtobus sürücülərini başa düşək! Çünki bəzi avtobus sürücüləri üçün ümumiyyətlə heç bir qanun və qayda yoxdur. Onlar qırmızı işıqda keçə bilərlər, onlar üçün sərişin götürmə və düşürmə məkanları yoxdur, onlar arxada yaranacaq tıxaca məhəl vermədən dəqiqələrcə ikinci və üçüncü sırada dayanaraq sərnişin götürər ya da endirərlər, onlar işıqfor ilə idarə olunmayan piyada keçidlərində piyadalara yol verməyin lazım olduğundan “xəbərsiz”dirlər və s... Təbii ki bu sadalananların hamısını “BakuBus”un sürücülərinə və fərdi qaydada bəzi avtobus sürücülərinə aid etmək olmaz.

Keçən dəfə metronun "Əhmədli" stansiyasının yaxınlığında avtobusdan düşürdüm. Belə demək mümkünsə, avtobus sadəcə yolun üçüncü ya da dördüncü zolağında dayanmışdı. Sərnişinlər də bir-bir yolun ortasında avtobusdan düşürdülər. Sanki avtobus xarab olub, sürücü də əlacsız qalıb sərnişinləri bu cür endirməli olub. Ancaq nə avtobus xarab olub, nə də başqa bir şey... Sadəcə sürücü bir sonrakı dayanacağa tələsir. Yəqin orda da eyni hal təkrarlanacaq. Bir sözlə, əksər sürücülər sərnişinləri düşürmək üçün heç bir qarıc belə avtobusu dayanacağa yanaşdırmırlar. Heç bu barədə düşünmürlər... Axı onlarla, yüzlərlə insanın canındansa, onların “vaxtları” daha dəyərlidir! Hər gün yüzlərcə insanın həyatını bu cür təhlükəyə atmaqdansa, avtobus sürücülərinin “zəhmət çəkərək” dayanacağa yanaşmaları və bundan sonra sərnişinləri endirmələri daha yaxşı olmazdımı?!

Elə zənn edilə bilər ki, avtobus sürücülərinin insanların həyatına bu cürə laqeyd yanaşmasının şahidi olmuşam. Bunu da gətirib bu köşədə yazıram. Kaş, elə bu bir dəfə baş vermiş hadisə olsaydı... Düşünürəm ki, o zaman bu hadisə üçün heç vaxt ayırıb nə isə yazmağa da dəyməzdi. Əslində isə belə deyil. Nəinki bir dəfə baş verən, əslində, bu hər dəfə və hər gün qarşılaşdığımız vəziyyətdir.

Başqa bir gün yenə dayanacaqdan 6-7 metr kənarda, yolun ortasında (xx) nömrəli avtobusdan düşürdüm, daha doğrusu, düşməli oldum. Sürücüyə deyirəm ki, nə üçün belə edirsiz? Sürətlə hərəkət edən maşınlara görə avtobusdan düşmək olmur. Bu necə avtobus saxlamaqdır? Hətta bu vəziyyətdə yolun ortasında avtobusdan 8-10 və daha çox sərnişinin endiyini düşünək... Kimi ixtiyar, kimi əlində uşaqla və s. Sürücü deyir: “Üzr istəyirəm, bağışlayın!”

Dünən səhər yenə metronun "Əhmədli" stansiyasının çıxışında (xx) nömrəli avtobusun sürücüsü yolun üçüncü, ya da dördüncü zolağında qapıları açaraq sərnişinlərə səslənirdi: “Düşən düşsün, bir də "Xalqlar" metrosunda dayanacağam”. Sözün qısası, sürücü əmələ gələn tıxac əsnasında elə sərnişinləri də endirməyə çalışır. Buna sərnişin endirmək demək olmaz əslində... nə isə...

Bir də ki, burada sadəcə avtobus sürücülərini suçlu görmək haqsızlıq olardı. Yuxarıda sadalanan vəziyyətin əmələ gəlməsində görünən görünməyən, bilinən, bilinməyən başqa səbəblərin varlığını da nəzərdən qaçırmamaq lazımdır. Misal üçün, bəzən avtobus sürücülərini qınamaq da olmur. Əgər avtobus dayanacaqlarında bir, bəzən iki sıra taksi və digər maşınlar dayanıbsa, bu səbəblə dayanacağa yanaşmaq mümkün deyilsə, avtobus sürücüsü nə etsin? Axı avtobus dayanacaqlarını digər maşınlarından təmizləmək avtobus sürücülərinin işi və vəzifəsi deyil! Ya da onların iş qrafiki elə qurulub ki, sadəcə olaraq onlar tələsməlidirlər. Nəticədə də sərnişinləri yolun ortasında düşürürlər.

Bəlkə də problemin ortaya çıxma səbəblərini tam ortaya qoya bilmədim. Ancaq problem elə göz qabağındadır. Ümid edək ki, tezliklə həllini tapar.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 96

  • Xəyaldan keçənlər günah sayılırmı?

    19.01.2017 11:28
    “Sən yetimin könlündən keçməsəydi, o da gəlib sənin yuxuna girməzdi”.
  • Həllini gözləyən məsələlər...

    07.01.2017 16:46
    Bəlkə də problemin ortaya çıxma səbəblərini tam ortaya qoya bilmədim.
  • Biz nə üçün beləyik?

    30.12.2016 15:51
    Kənarları hündür plastik materiallar ilə hasarlanmış, ya da bəzədilmiş şəhər daxili və şəhər ətrafı o qədər yollarımız var ki...
  • Önümüzə qoyulan həyat dəftəri

    21.12.2016 13:41
    On illik bir həyat saniyələr içərisinə sığaraq yaddaşda canlanır.
  • Əhdü-peymanımızı unutmayaq

    14.12.2016 13:00
    Xatirimə əsgərliyə gedib bir aydan sonra vətənə və xalqa qarşı sadiq olacağımız barədə verdiyimiz söz, ya da hərbi and düşür...
  • Körpü olmaq, körpülər qurmaq...

    12.12.2016 14:10
    Əslində bu dünyanın ümumi reallığıdır..
  • İmmun sistemi

    07.12.2016 11:34
    İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır ki, immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.
  • 14 əsr davam edən sevgi

    05.12.2016 12:34
    Ona (s.a.v) yönələn insanların Allaha yönəlməməsi düşünülə bilməz.
  • Düşünmə damarlarındakı tromblar

    02.12.2016 14:20
    Elmin çata bilmədiyi nöqtələrə həmişə düşünmə və təfəkkür çatmışdır.
  • Nələrdən zövq alırıq

    27.11.2016 19:07
    Bu yazıda, bir adı hedonizm, başqa bir ifadə ilə həzçilik, zövqçülük düşüncəsini mənəviyyatımızla muqayisəli şəkildə təqdim etməyə çalışacağıq.
  • İnkarın iki növü

    19.11.2016 16:09
    Uca Allahın varlığını, axirət gününü və digər iman əsaslarını heç bir ehtimal verməyəcək şəkildə inkar edən şəxs, küfr və inkarın ən qatı və dəhşətlisinə
  • İnsan nə üçün günah işləyir?

    08.11.2016 10:47
    Cənabı Allah Qurani-Kərimdə və digər səmavi kitablarda adəm övladına böyük mükafat olan cənnəti və dəhşətli cəza olan cəhənnəmin varlığını xəbər
  • Cahiliyyə dövrü

    27.10.2016 11:47
    “Cahiliyyə dövrü nədir?” sualını insanlara versək, mövzu ilə bağlı tədqiqat aparmış bir sıra şəxslərdən başqa əksər insanlar
  • Sadə və qəliz suallar

    21.10.2016 18:25
    Elə virus və xəstəliklər var ki, tibb elmində, ya da bir həkimin gözündə o qədər də təhlükəli deyil.
  • Asan və çətin işlər

    11.10.2016 12:46
    Dünyanın ən uzun asma körpüsünü, ya da indiyə qədər tikilmiş ən hündür bir göydələni düşünək.

© 2017 - NSPSOLUTIONS