Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Yaxın Şərqi xaraba qoyanlar...

30.12.2016 15:24

Suriyada davam edən vətəndaş müharibəsi adı çəkilən ölkənin başdan-ayağa xarabazarlığa çevrilməsinə gətirib çıxarıb. Hər gün toqquşmalar nəticəsində onlarla dinc sakin bu mənasız qarşıdurmanın qurbanına çevrilməkdədir. Bu baxımdan Qərb tərəfindən Yaxın Şərqdə "ərəb baharı" adı altında həyata keçirilən ssenari Liviya və Tunisin ardınca Suriyaya sözün əsl mənasında böyük dağıntılar və fəlakətlər gətirdi. Suriyada 2011-ci ildən başlayaraq günümüzdə də davam edən müharibə nəticəsində 300 min nəfərə yaxın adam həlak olub. Həlak olanların15 min nəfərindən yuxarısını uşaqlar, 10 min nəfərini isə qadınlar təşkil edir. Ümumiyyətlə isə Suriyada 6 ilə yaxın davam edən vətəndaş müharibəsi nəticəsində həlak olanların 80 minini mülki əhali təşkil edir. Amma bu rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlər həlak olanların sayının bundan ən azı iki, üç dəfə çox olduğunu göstərir. Hökumət gücləri tərəfindən isə 55 min nəfər əsgər və zabit məhz döyşlərdə öldürülüb. Əsəd rejiminin nəzarəti altında olan ərazilərdə isə 100 min nəfərə yaxın mülki əhali toqquşmaların qurbanı olub. Suriyada həlak olanların və yurd-yuvalarından didərgin düşənlərin arasında bu ölkədə yaşayan türkmənlərin sayı da kifayət qədər çoxdur. Həlak olanların və yurd-yuvalarından didərgin düşənlərin böyük əksəriyyətini türkmənlərin təşkil etdiyini nəzərə alanda faktiki olaraq adı çəklən ölkədə həm də türkmən soyqırımın faciəsinin yaşadığı ortaya çıxır. Buraya üsyançılar tərəfindən hökumət gücləri ilə döyüşlərdə 45 min nəfərin də həlak olmasını əlavə edəndə Suriyada fəlakətin nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil. Suriyada döyüş bölgəsindən qaçaraq qonşu ölkələrə sığınanların sayı isə 4 milyona yaxındır. Vətəndaş müharibəsi nəticəsində Suriyadakı dağıntıların həcmi isə insanı dəhşətə gətirir. Bir sözlə Qərb ölkələri tərəfindən Suriyanın başı üzərində oynanılan "ərəb baharı" ssenarisi bu qədim sivilizasiya mərkəzinin xarabazarlığa çevrilməsinə səbəb olub. Amma ən dəhşətlisi odur ki, Suriyada başda ABŞ olmaqla Qərbin mürtəce, müsəlman qanına susayan gücləri tərəfindən qızışdırılan şiə-sünnü qarşıdurmasında İran katalizator rolunu oynamaqdadır. Nəticədə Qərb Suriyada sınaqdan çıxarmaq istədiyi "ərəb baharı"nı İranın vasitəsi ilə məzhəb qırğınlarına çevirə bilib. Eyni sözləri İranın İraqdakı fəaliyyəti haqqında da demək olar. Yenə də Qərb İranın əli ilə İraqı süni-şiə qırğınları bölgəsinə çevirib. Bir tərəfdən İranı qabağa verən Qərb ölkələri, digər tərəfdən də İŞİD və digər silahlı qruplar vasitəsi ilə İraqı xarabazara çeviriblər. Eyni sözləri yenə də Qərbin İranın əli ilə Yəməndə körüklədiyi məzhəb çəkişməsi barədə də demək olar. Bu da də bölgəyə özü ilə günahsız insanların həlak olması və dağıntılar gətirib. Amma ən dəhşətlisi Rusiyanın da Qərbin oyunlarına qoşulması və bu məsələdə İranla eyni mövqedən çıxış etməsidir. İran Rusiya amilindən istifadə etməklə Əsəd rejimini hakimiyyətdə saxlanılmasına nail oldu. Bu gün İran və Rusiya tərəfindən bölgədə həyata keçirilən qırğınarın bir hədəfi də qeyd etdiyimiz kimi Suriyada və İraqda yaşayan türkmənlərdir. Nə qədər ağrılı olsa da demək lazımdır ki, faktiki olaraq İraq və Suriyada ABŞ, İŞİD, İran və Rusiya isə Əsəd güclərinə dəstək verməklə həm də bölgədə türkmən qırğınlarını həyata keçirirlər. Zənnimcə bundan məqsəd Suriya və İraqı türkmənlərdən təmizləmək və kürdlərin əli ilə gələcəkdə bölgənin ərəb dövlətələrinə və Türkiyəyə qarşı daha böyük savaş açmaqdır. Bir sözlə başda Qərb ölkələri ilə İran və Rusiyanın bölgədə təsir dairəsi uğrunda apardıqları mübarizə Yaxın Şərqin xarabazarlığa çevrilməsinə yol açıb. Amma heç şübhəsiz ki Yaxın Şərqi qırğınlar meydanına çevirənlərin buna görə görə cavab verəcəkləri gün gələcək...

Oxundu: 246

© 2017 - NSPSOLUTIONS