Bakıya qaçıb, Xocalı abidəsində baş əyən erməni satqın çıxdı

Tanınmışlardan kimlər oruc tutur? - “Mədəm xəstədir"

“Qızıl buts”un sahibi məlum olub

Bazar ertəsi, 29 may 2017
TR EN RU

Menu

Bazar ertəsi, 29 may 2017

Yazarlar

Nazim Əkbərov

“Dərslər nə zaman başlasın” problemi?

24.05.2017 13:08

Təhsilin bütün problemi dərs ilinin nə zaman başlayıb, nə zaman başa çatmasında imiş. Adam bilmir gülsün, yoxsa ağlasın? Bu gün süni şəkildə alovlandırılmaq istəyən, adamları boş, mənasız mübahisəyə çəkmək istəyənlərə çox əhəmiyyət vermirəm, amma işin içərisinə dövləti təmsil edənlərin girdiyini görəndə, doğrudan da heyrət edirəm. Yəni bütün təhsil dərdimiz budurmu?

Dərs ili sentyabrın 1-də başlasın, ya 15-də başlasın, may ayının sonunda başa çatsın, ya iyun ayının ortasında başa çatsın, bunu acı bağırsaq kimi dartıb uzatmaq istəyənlərə bir sözüm var: əgər doğrudan da təhsilimizin idarə edilməsinə yardım etmək istəyirsinizsə, daha vacib məsələlər var, onlar barədə təklif verin, onlardan danışın. Füzuli demişkən, “Ya Leyli sözü söylə, ya xamuş!”

Məsələn, sentyabrın 1-i, yoxsa 15-i deyə fəryad edənlər bilirlərmi ki, bizim bir dərs ili ərzində təlim-tərbiyə işinə ayrılan həftə sayı 32-dir? Bunların xəbəri vardırmı ki, bu həftənin ikisi noyabr və yanvar aylarında, az qala ikisi Novruz bayramı günlərinə, bir həftəsi də digər bayramlara gedəndən sonra cəmi 28-29 həftəmiz qalır?

Bilirlərmi ki, bu yerdə qalan 28-29 həftənin ən az biri və ya ikisi qiymətləndirməyə və onun hazırlığına gedir?

Əgər təklifiniz varsa, bu az vaxtda çox şey mənimsətmək yollarından danışın, yol göstərin.

Əgər özünüzü mütləq bir söz deməyə, məsləhət verməyə məcbur hiss edirsinizsə, o zaman bu qədər məhdud sayda həftələrdə biliklərin bacarıq və vərdişlərə necə çevrilə biləcəyindən bəhs edin.

Əgər təklifiniz varsa, təlimlə tərbiyə arasında bərabərlik işarəsinin harada, necə qoyulacağına həsr edin.

Bunlar barədə düşünmürsünüzsə, o zaman dərslər sentyabrın 1-də də başlasa, 15-də də başlasa, ya da mayın sonunda, yaxud iyunun 15-də başa çatsa, dəyişən təqvimin rəqəmlərindən başqa heç nə olmayacaqdır. Necə deyərlər, toplananların yeri dəyişəndə, cəm dəyişmədiyi kimi, vuruqların yeri dəyişəndə də hasil dəyişmir. Düz demirəm?

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 231

© 2017 - NSPSOLUTIONS