Murdar ətlər satdığı deyilən şirkətdən baytarlığa İTTİHAM: "Haqq”ını ala bilməyib..”

Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam" VİDEO

Ramil Usubov Bakının Nizami rayonunda 7 polisi işdən qovdu - qanunsuz reyd keçirirlərmiş

Cümə, 28 aprel 2017
TR EN RU

Menu

Cümə, 28 aprel 2017

Yazarlar

Nicat İntiqam

Kənddəkilərə yazığınız gəlsin

27.04.2017 16:28

Kənd mövzusunda yəqin ki, hər kəs yazı yaza bilər. Amma düşünürəm ki, kəndlərin inidiki halı, vəziyyəti barədə hər adam yazı yaza bilməz və ya yazmamalıdır. Bunu kənddə yaşayan və ya kəndə tez-tez gedib-gələn, qohum-əqrabası orada yaşayan, onların halından, əhvalından xəbərdar olan adam etməlidir.

Mən dağ kəndində doğulmamışam, Aran rayonlarından birində, dağın, şəlalənin olmadığı bir yerdə böyümüşəm. Kənd mövzusunda yazarkən gərək bunu da nəzərə alasan. Çünki dağ kəndi ilə aran kəndində yaşayanların dolanışığı arasında fərq ola bilər. Mən yazacaqların Aran kəndlərinə aiddir. Bu kəndlərdə vəziyyət təxminən eynidir.

Bu yaxınlarda bir tanışım mənə sual verdi ki, səncə, pensiya yaşı 65-ə qaldırılanda niyə insanlar soyuqqanlı davrandı? Ona bildirdim ki, əslində insanlar soyuqqanlı davranmadılar, sadəcə, hər kəs nə dedisə öz içində və ya sosial şəbəkədə dedi. Bunun da bir əhəmiyyəti olmadı. İkincisi, xüsusən bölgələrdə bir ara müxtəlif yollarla əlillik pensiyası düzəltdirmək dəb idi, bəlkə ona görə...

Bakı ilə bizim kəndlər arasındakı yaşayış mühiti heç şübhəsiz, inanılmaz dərəcədə fərqlidir. Şəhər yerlərinin insanları ilə kənd yerlərinin insanları bir qədər fərqlidir. Amma ortaq məqamları təbii ki, var...

Kənd yerlərində insanların ən böyük problemi işsizlikdir. Bunu yazdığın yerdə biri qayıdıb deyə bilər ki, əşi, kənddə nə işsizlik? Mən də o adama cavab verirəm ki, ən böyük bədbəxtçilik odur ki, məhz kənddə işsizlik problemi var.

Kənddə adama desən ki, niyə işləmirsən, cavab verəcək ki, mən gördüyüm, görəcəyim işdən pul gəlmir, niyə işləyim? Adam özünə görə haqlıdır. Zavod yox, fabrik yox, tutaq ki, cavan bir adam nə qədər fəhləlik etməlidir? İndi kənd yerində gündəlik iş deyəndə adamın ağlına ilk gələn fəhləlikdir. Birinin otunu daşıyacaq, birinin odununu doğrayacaq, birinin...

Kənd yerində hazırda fəhləlikdən başqa gündəlik iş varsa, adını çəkin.

Söhbət 5-10 nəfər ali təhsilli adamın hansısa idarədə, məktəbdə işləməyindən getmir. Söhbət işsiz gənclərin kütləvi olaraq işləyə biləcəyi yerlərdən gedir.

Sovet vaxtı fabrik, zavod olub və insanlar gündəlik işləyib, aylıq maaş alıblar. Lakin indi yoxdur.

Tutaq ki, biri pay torpağında taxıl əkib və həftədə 1-2 dəfə gedib baxır, sonra? Oradan götürəcəyi taxıl da öz ailəsinə bəs edə, ya etməyə. Hətta bir az artıq qalıb satsa belə, ciddi bir məbləğdə pul qazana bilməyəcək.

Deyir tısbağanı ya öldür, ya da tərsinə çevir. Bir insanı da ya öldür, ya da işsiz qoy.

Kənd yerlərində cavanlar üçün iş yerləri açılmalıdır. Əvvəl məktəbi, hərbi xidməti başa vuranların əksəriyyəti Rusiyaya gedirdi, orada işləyir, pul qazanırdı. İndi Rusiyadada vəziyyət çətinləşib, həminki şərait yoxdur. Cavanlar ya gəlib Bakıda gündəlik 5-10 manata işləməli, ya da kənddə qalıb avaralıq eləməlidir. Heç Bakıya kənddən iş dalınca gələnlər də normal maaşı olan iş tapa bilmirlər, çox vaxt geri qayıdırlar.

Pambıqçılığın, baramaçılığın inkişafı, Aran rayonlarında şəkər çuğundurunun əkilməsi ilə bağlı plan qoyulması adamda bir ümid yaradır ki, yaxın gələcəkdə nə isə olar. Amma rayon yerlərində, kənd yerlərində bu problem hansısa formada həll olunmalıdır. Necəsini bu sahənin mütəxəssisləri bilər...

Nə vaxt kənddəki dostlarıma zəng vururam bekarçılıqdan şikayətlənirlər. "İş yox, pul yox, həyat sönüb" deyirlər. Hazırda kənddən uzaqda olsam da, bir gün dostlarımdan bunun əksini eşidəcəyim günü səbirsizliklə gözləyirəm. Baxırsan, maşallah, hamısı boy-buxunlu, sağlam, nə iş desən, işləyəsi adamlardı. Amma səhər yuxudan durub başlayırlar özlərinə məşğuliyyət axtarmağa. Heyvanı olan heyvanına baxır, həyət-bacada bir iş varsa, onu görür, lakin bunlar gündəlik siqaret və çörəkpulu gətirmir deyə heç ona da həvəsləri yoxdur.

Sovet dövründə eyni yaşlı insanlar sovxozda, kolxozda, pambıqtəmizləmə zavodunda, süd emalı sexlərində, anbarlarda işləyiblər və pis də dolanmayıblar. Həmin işi görəsi adamlar indi bekardırlar.

Bir vaxt "inşallah, bizim kəndimizə də qaz veriləcək" deyəndə kənddə yaşayan dostlarım gülür, inanmırdılar. Amma bu gün kəndimizə mavi yanacaq verilir və hər kəs də bundan məmnundur. Ümid edək ki, kənd yerlərində işsizlik problemi də yaxın illərdə həllini tapacaq. Hərçənd kənddəkilər buna az inanır. Özü də bu yerli məmurlar səviyyəsində həll ediləsi iş deyil, məsələ dövlət rəhbərliyi səviyyəsində çözülməlidir.

Yazımı bitirəndə kənddəki dostlarımı, qonşularımı bir daha xatırladım, təəssüf ki, onların arasında işləyən çox azdır (yazımın sonunda adlarının siyahısını yazmışdım, sonra sildim).

Ümid sonda ölür deyirlər, amma ümidi ümumiyyətlə ölməyə qoymaq olmaz...

Oxundu: 621

  • Kənddəkilərə yazığınız gəlsin

    27.04.2017 16:28
    "İş yox, pul yox, həyat sönüb" deyirlər.
  • Ya bilmir, ya da bilir - özünə yaraşdırmır

    24.04.2017 12:59
    Haqqınızda yazılanlar uydurmadırsa, onda susmaq lazım deyil, cənab məmurlar, münasibət bildirin,
  • Sərf eləmir...

    07.04.2017 16:31
    "Şou-biznesdən və ya kriminaldan" deyənlər...
  • Bəs onda niyə bədbəxt edirdin?

    30.03.2017 12:15
    Əri Rusiyaya gedənlərin hamısının axırı heç də belə sonluqla qurtarmır...
  • Yaxşı ki, o vaxt intihar etmədim

    16.03.2017 14:53
    Açıq-aşkar anama deyirdim ki, intihar edəcəyəm.
  • Mehribançılıq

    22.02.2017 17:19
    Mehribançılıq yaxşı şeydir, pis şeydir, bu dövrdə insanların bu xasiyyətindən istifadə edənlər çoxdurmu, bunu həmin adamlar özləri bilərlər.
  • Qocalar evindəki o qadın...

    20.02.2017 15:04
    Yol boyu narahat idim, 10 il sonra Lətifə nənəni görə bilib-bilməyəcəyim barədə düşünürdüm.
  • Onun qızını necə "sevdirəcək"?

    05.02.2017 16:41
    Falçılarla nəfəs alan, onların əksər dediklərinə inanan xeyli sayda insan tanıyıram.
  • Yoxlamaya gələnin "şirinliyi"...

    03.02.2017 17:54
    "Bu insanlar (bəzən millət də deyirlər) düzələn deyil" ifadəsini sevməyən, qəbul eləməyənlərdən biri də mənəm.
  • Bankların dollar krediti olanlara anormal təklifi

    27.01.2017 17:21
    Mərkəzi Bank rəsmi məzənnəyə tətbiq etdiyi 4%-lik marjanı ləğv edəndən sonra dollar ölkəmizdə sürətlə bahalaşır.
  • Ömür boyu vicdan əzabı çəkməyəcəkmi?

    19.01.2017 17:43
    O gün işdən çıxıb evə gedirdim, metronun qarşısında gördüm 2 cavan oğlan bir yeniyetmənin qoluna girib kənara sürüyür.
  • Çətin düzələ

    22.12.2016 13:56
    Sosial şəbəkələrin üstünlükləri çoxdur, amma bir çox insanlar burada özlərini olduqlarından fərqli təqdim edə bilirlər...
  • Yığışdır əəəə - son günlər gördüklərim

    19.12.2016 13:23
    Dedi yox bala, sənin xəbərin yoxdur, qazın və işığın tarifi köhnə qiymətlə hesablanacaq
  • Boşanmamaq üçün

    06.12.2016 13:11
    10-cu sinifdə oxuyurdum, ailəlikcə yaxın qohumumuzun toyuna getmişdik.
  • "O nə səsdi gəlir?"

    28.11.2016 17:18
    İşdən gec çıxsam da, evə tez çatdım.
  • Zaurun fəxri adı

    16.11.2016 14:31
    Azərbaycanın tanınmış televiziya və radio işçilərinə fəxri adların verilməsi müzakirə mövzusuna çevrildi.
  • Dünyanın tramplini...

    11.11.2016 11:01
    Azərbaycan dilinin izahlı lüğətində trapmlin sözü var. Bu sözün izahı belədir - gimnastika, suya tullanma və s. idman növlərində idmançının daha yüksəyə
  • Mollanın telefon qorxusu

    03.11.2016 17:41
    Ailəsinə xəyanət edən kişilər kimi, qadınlar da var.
  • Gədəbiyyat

    03.11.2016 11:45
    Son günlər 2 kitab oxumuşam.
  • Qəribə adamlar

    26.10.2016 11:40
    “Dərdi dünya olanın dünya qədər dərdi olar”. Nə qədər dəqiq, gözəl deyilmiş fikirdir.
  • Dərs

    25.10.2016 20:30
    Yağış yağanda çox vaxt qızım Xədicəni məktəbdən evə mən gətirməli oluram.
  • Söz verirəm...

    19.10.2016 11:36
    Havalar soyuyub, hamı yağışın gətirdiyi problemlərdən danışır.
  • Azərbaycanda nə dəyişdi?

    11.10.2016 10:41
    Revmatizm xəstəliyindən əziyyət çəkən anamı qış aylarında hər dəfə qucağında odun daşıyan görəndə çox pis olurdum.
  • Bir ölkənin rifahı insanların dişindən bəlli olar

    10.10.2016 19:34
    Rayon, kənd yerlərinə gedəndə həmişə bir şey diqqətimi çəkir - insanların çoxunun ağzında dişi yoxdur.
  • Kənddə şəhər arzusu

    08.10.2016 15:32
    Kənddəki gənclərin əksəriyyəti şəhərdə yaşamaq istəyir.

© 2017 - NSPSOLUTIONS