"Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək" iddiaları yalandır

"Moody's" SOCAR-ın reytinqini aşağı salıb

"Yeni binalarda şirkətlər istədikləri hesablama üsulları ilə ailələrə əziyyət verirlər"

Cümə axşamı, 24 avgust 2017
TR EN RU

Menu

Cümə axşamı, 24 avgust 2017
EN TR RU

Yazarlar

Nazim Mustafayev

Bakının “Pizza qülləsi”

19.07.2017 15:06

Tusi küçəsindən "Əhmədli" metrosuna gedən yolun kənarında 9 mərtəbəli əyri bir bina var. Daha dəqiq desək, Xətai rayonu, Gəncə prospekti 20a ünvanında yerləşir.

Bu bina əyriliyinə görə İtaliyadakı “Pizza qülləsi”ni xatırladır. Bu iki bina arasındakı bənzərlik yanlız binaların əyriliyinə görədir. Fərqli cəhətləri isə daha çoxdur.

İtaliyanın eyni adlı şəhərindəki “Pizza qülləsi” daha çox “Yıxılan qüllə” adı ilə məşhurdur və bütün dünyada qəribə görkəmi ilə tanınmışdır. Çünki qüllə kənardan yıxılmaqda olan bina təəssüratı oyadır. İnşasına 1174-cü ildə başlanan bu tarixi əsərin tikintisi müxtəlif səbəblərlə 176 il sürmüşdür. Tikilinin yan tərəfə əyilmə səbəbi kimi bina özülünün yumşaq olması göstərilir.

“Pizza qülləsi” əyri duruşuna baxmayaraq, qapıları turistlərə açıqdır. 60 metrə yaxın hündürlüyü, 294 pilləsi olan qüllənin sonuncu mərtəbəsinə qədər çıxmaq mümkündür. Ancaq bir məsələ var ki, “Piza qülləsi”ndə heç kəs yaşamır. Onsuz da yaşayış üçün nəzərdə tutulmayıb. Bura axırıncı mərtəbəsinə kilsə zəngləri olan bir qaladır. Həmçinin bu qüllənin yıxılmaya meyilliliyi müasir dövrdə də davamlı yoxlanılır.

İndi isə qayıdaq Bakıdakı “Pizza qülləsi”nə... Əslində bu binaya “Pizza qülləsi” demək doğru olmazdı. Çünki aralarındakı bənzərlik yanlız əyriliyə görədir. “Piza qülləsi” bu əyriliyinə görə yüzlərcə, minlərcə turisti özünə cəlb edir. Ancaq bizim 9 mərtəbəli "pizza"mızın bu əyriliyi onlarla insanın ölümünə səbəb ola bilər.

Nəzarət altında olan “Pizza qülləsi”nin ən üst mərtəbəsinə qədər turistlər çıxırlar. Orada şəkil də çəkdirib düşürlər. Vəssəlam. Bəhs etdiyim 9 mərtəbəli əyri binada isə ilin bütün günləri azı 40-50 ailə yaşayır.

Elə görünür ki, əksər insanlar üçün sosial şəbəkələrdə şəkil paylaşmaq sanki bir ehtiyac halına gəlib. Həftə ərzində bu ehtiyac mütləq təmin edilməlidir! Şəkil paylaşmaq belə ehtiyac halına gəlibsə, bunu faydalı şəkilə salmaq olar. “Pizza qülləsi”nə bəlkə də onminlərlərlə turist uzaqdan əl söykəyərək şəkil çəkdirib. Sanki qüllənin yıxılmasının qarşısını almaq istəyirlər. Əslində biz də bu 9 mərtəbəli əyri binaya əl söykəyərək şəkil çəkdirə bilərik. Bu cür şəkillər sosial şəbəkələrdə yayılsa, bu problem öz həllini tapar. Yoxsa, Allah qorusun, hansısa bir faciədən sonra nəsə demək, faciə qurbanlarının şəkillərini paylaşmaq bu işin ən asan tərəfidir.

Bu qəzalı bina əyriliyinə görə “Pizza qülləsinə” bənzəsə də, əgər qarşısı alınmasa, binanın taleyi, illər əvvəl heç bir təbii hadisə baş vermədən çökən və 92 nəfərin ölümünə səbəb olan Konyadakı “Zümrüt apartmanı”nın taleyi kimi olar bilər. Ancaq biz hələ şanslıyıq. Çünki bina hələ çökməyib. Bu bina və sakinləri üçün hələ gec deyil. İnsan itkisinin qarşısını almaq mümkündür.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 154

  • Bakının “Pizza qülləsi”

    19.07.2017 15:06
    Bu bina və sakinləri üçün hələ gec deyil.
  • Elm bizim nəyimizdir?

    01.07.2017 17:44
    Əgər elm Avropanın silahıdırsa, bəs bizim nəyimizdir?
  • Əlimizdəki cövhər

    01.07.2017 11:34
    Hər tərəfdə rüşvət baş alıb gedirsə, belə bir cəmiyyətin əlindəki dinə nə üçün dəyər versinlər?
  • Alim və elmin izzəti (1)

    12.06.2017 15:15
    Əxlaqdan təcrid olunmuş bir İslam anlayışını təsəvvür etmək mümkün deyil.
  • Nə üçün varam?

    26.05.2017 18:12
    Birincisi anarxiya doğurar. İkincisi isə mənəvi rahatlıq, kamillik və ictimai sabitlik doğurur.
  • Uşaqların səsi

    17.05.2017 16:17
    Uşaqları parka apara bilmirəm.
  • O qədər də müəmmalı deyil!

    11.05.2017 15:22
    Məzhəbləri ortaya çıxaran amillər nələr idi.
  • Onlar...

    29.04.2017 16:53
    Səhabələri nə qədər yaxşı tanısaq, uca dinimiz İslamın insan üzərindəki təsirini bir o qədər daha yaxşı anlamış olarıq.
  • Tarixi missiya

    25.04.2017 17:13
    Hələ ilk dövrlərdə Quran kitab halına salınmışdır.
  • İynə dəliyindəki heykəl

    18.04.2017 14:50
    O qədər dəyərsiz kimi görünən əşya və metallar var ki, sənətkar onu qızıl, gümüş və almazdan daha dəyərli hala gətirir.
  • Qəriblik

    08.04.2017 18:03
    "Qərib" sözü, yad yerdə olma, kimsəsizlik, təklik, sayılmamaq, əhəmiyyət verilməmək, etina etməmək kimi mənalara gəlir.
  • Əhli-beyt

    17.03.2017 16:07
    Peyğəmbərimizin pak nəsli cəmiyyətin alim və abidləri idilər.
  • İlahi məkr

    13.03.2017 17:10
    Təsəvvür edin ki, bir insan özü də bilmədən dərin bir yarğanın qarşına qədər gəlib.
  • İstifadə olunmamış sərmayə

    27.02.2017 17:38
    Bəşər övladı gözünə görünən nə varsa, faydalanmağa çalışır. Gah dağları qazaraq, gah un kimi ələyərək, gah dərin dənizlərdə platformlar quraraq...
  • Yol yorğunluğu

    20.02.2017 15:27
    Yoxsa işıldaquş kimi bir anlıq parlayıb sönmək o qədər dəyər ifadə etməz.
  • Şüuraltındakı biz

    16.02.2017 17:50
    "Uşaqlığımda atam mənimlə necə davranırdısa, hiss edirəm ki, mən də oğlumla eyni cür rəftar edirəm".
  • Mənən zəhərlənmək

    07.02.2017 14:50
    Belə hallar daha çox "mənəvi immun sistemi" zəif olan insanlarda müşahidə olunur.
  • Bəsirət gözü

    31.01.2017 14:28
    Məgər bəsirət gözünün "hərəkətə keçməsi" üçün hündür məkanlara çıxmaq lazımdır?!
  • Xəyaldan keçənlər günah sayılırmı?

    19.01.2017 11:28
    “Sən yetimin könlündən keçməsəydi, o da gəlib sənin yuxuna girməzdi”.
  • Həllini gözləyən məsələlər...

    07.01.2017 16:46
    Bəlkə də problemin ortaya çıxma səbəblərini tam ortaya qoya bilmədim.
  • Alim və elmin izzəti (2)

    03.01.2017 19:13
    "Elmin izzətini qorumaq məni naməhrəmə baxdırmır".
  • Biz nə üçün beləyik?

    30.12.2016 15:51
    Kənarları hündür plastik materiallar ilə hasarlanmış, ya da bəzədilmiş şəhər daxili və şəhər ətrafı o qədər yollarımız var ki...
  • Önümüzə qoyulan həyat dəftəri

    21.12.2016 13:41
    On illik bir həyat saniyələr içərisinə sığaraq yaddaşda canlanır.
  • Əhdü-peymanımızı unutmayaq

    14.12.2016 13:00
    Xatirimə əsgərliyə gedib bir aydan sonra vətənə və xalqa qarşı sadiq olacağımız barədə verdiyimiz söz, ya da hərbi and düşür...
  • Körpü olmaq, körpülər qurmaq...

    12.12.2016 14:10
    Əslində bu dünyanın ümumi reallığıdır..
  • İmmun sistemi

    07.12.2016 11:34
    İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır ki, immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.
  • 14 əsr davam edən sevgi

    05.12.2016 12:34
    Ona (s.a.v) yönələn insanların Allaha yönəlməməsi düşünülə bilməz.
  • Düşünmə damarlarındakı tromblar

    02.12.2016 14:20
    Elmin çata bilmədiyi nöqtələrə həmişə düşünmə və təfəkkür çatmışdır.
  • Nələrdən zövq alırıq

    27.11.2016 19:07
    Bu yazıda, bir adı hedonizm, başqa bir ifadə ilə həzçilik, zövqçülük düşüncəsini mənəviyyatımızla muqayisəli şəkildə təqdim etməyə çalışacağıq.
  • İnkarın iki növü

    19.11.2016 16:09
    Uca Allahın varlığını, axirət gününü və digər iman əsaslarını heç bir ehtimal verməyəcək şəkildə inkar edən şəxs, küfr və inkarın ən qatı və dəhşətlisinə
  • İnsan nə üçün günah işləyir?

    08.11.2016 10:47
    Cənabı Allah Qurani-Kərimdə və digər səmavi kitablarda adəm övladına böyük mükafat olan cənnəti və dəhşətli cəza olan cəhənnəmin varlığını xəbər
  • Cahiliyyə dövrü

    27.10.2016 11:47
    “Cahiliyyə dövrü nədir?” sualını insanlara versək, mövzu ilə bağlı tədqiqat aparmış bir sıra şəxslərdən başqa əksər insanlar
  • Sadə və qəliz suallar

    21.10.2016 18:25
    Elə virus və xəstəliklər var ki, tibb elmində, ya da bir həkimin gözündə o qədər də təhlükəli deyil.
  • Asan və çətin işlər

    11.10.2016 12:46
    Dünyanın ən uzun asma körpüsünü, ya da indiyə qədər tikilmiş ən hündür bir göydələni düşünək.

© 2017 - NSPSOLUTIONS