Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Ruzbeh Məmməd

Yüz ildir eyni şey...!

02.06.2017 13:47

Həyatda ən xoşlamadığım şeylərdən biri və ilki deyərdim ki, kimləsə hansısa mövzuda bəhsə girməkdir. Ancaq bu nə sirri-xudadırsa bəzən hansısa mövzuda bəhsə girib, sonra da incimələr olur. Bəzən oturub aylarla düşünüb bir şeir yazırsan, biri o tərəfdən çıxıb deyir ki, bu şeirdə qafiyə yoxdur. Ya da "o əvvəlki şairlərin yazdıqlarının yerini vermir bu şeirlər",-deyib gözdağı verirlər. Başlayırsan yalvarmağa, ey dost, ey qonşu, ey həmkar, Vallah, sən heç əvvəlkiləri də oxumamısan. Sadəcə məşhurdur, adı hər dəftərdə, hər jurnalda var və sən adını eşitmisən. Sonra durub deyirsən, ey qardaş, ey qonşu, ey həmkar, sənin axı şeir təssəvvürün də tamam başqadı. Gəl başa sal, bu zövq deyilən anlayışlar da fərqlidir, ey dost, ey qonşu, ey həmkar.

Keçmişi unutmaq, gələcəyə gedən yolu unutmaq deməkdir. Özünü şair, yazıçı kimi bilən hər bir adam çalışıb klassikanı mənimsəməlidir, xəbəri olmalıdır. Ancaq bu o demək deyil ki, hamı bir formada şeir yazsın. Hər şey eyni olarsa, monotonluq artar və bu da bezikdirci olar. Məktəbin birinci sinfindən onbirinci sinfinə qədər eyni şair, yazıçıların əsərlərini, şeirlərini oxumuşuq. Hətta bizim müəllimlər sinifdən xaric də oxutdurmurdular. Yaxşı ki, bizim evdə xarici ədəbiyyatdan yüzlərlə əsərlər var idi. Atamın qorxusundan da olsa oxumağa çalışırdım. O da ildə bir, ayda bir. Burada bir məqam var. Niyə məhz onbirillik məktəbdə yüz ildir eyni şair və yazıçıların əsərləri keçilir? İkinci sual da ki, niyə xarici ədəbiyyat məktəblərdə az təbliğ olunur? Mən ilk sualdan öz səviyyəmə uyğun izah etmək istəyirəm. Valideynlərimizin oxuduqları yazarları bu gün də onların nəticələri oxuyur. Amma bu yüzilliklər içində yeni yazıçı-şairin bir nümunəsi də dərsliklərə salınmayıb. Bir dəfə elə dedim, qayıdıb dedilər ki, Sabir Rüstəmxanlının şeiri salınıb. Ancaq bunu deyən və düşünən adamlar düşünmürlər ki, Sabir bəyin şeir nümunəsi indi salınıbsa belə gecdir. Bəs yerdə qalan səksəninci illərdən bu tərəfə olanlar? Əgər bu yenilikçilərin əsərlərinin ictimaiyyətə çıxarılması yoxdursa, onda niyə onları üzvlüklərə qəbul edib, təqaüdlər ayrılıb, kitablarının çapına milyonlar tökürsünüz? (Təbii ki, məmur yazarları nəzərdə tuturam).

İkinci məsələ Azərbaycanın bir çox məktəblərində yetərincə xarici ədəbiyyat təbliğ olunmur. Hələ kənd məktəblərindən söhbət gedirsə, müasir xarici ədəbiyyat haqqında heç müəllimlərin məlumatı yoxdu, qaldı ki, şagirdlərin.

Məktəbin kitabxanalarında tərcümə olunmuş yüzlərlə xarici nümunələr var. Ancaq elə kitabxanada rəflərdə tozun içində köhnəlib qalır. Bəs uşaqlar niyə oxumur?

Məktəbli də "hansı əsəri oxumalı və necə oxumalıdır" sualı qarşısında acizdir. Kitab oxuyan insanlar dünyanı əyləncəli həyat yaşayan insanlardan daha çox dərk etmiş olurlar. Kitabxanalardakı kitablara ən böyük işgəncə onların oxunmamasıdır. Rey Bredberinin bir aforizmi yadıma düşdü: "Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır".

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 425

© 2017 - NSPSOLUTIONS