Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

Yazarlar

Rasim Məmmədli

Danışaraq susanlar...

16.01.2017 18:24

Həftədə bir dəfə şəhərə çıxıb vətəndaşlar arasında sorğu keçiririk. Adamlara yaxınlaşanda necә dәrdli, əsəbi olduqlarını daha aydın görmək olur. Yaxınlaşdığımız insanlar bütün hirslәrini küçәdә ilk dәfә gördüklәri jurnalistlәrә tökmәk istәyirlәr. Bəziləri heç bir sərhəd tanımadan, nifrətlə ağızlarına ilk gələn sözü deməkdən də çəkinmirlər. Düzdür, biz küçədəyik, amma bu o demək deyil ki, küçədə ağzımıza gələni danışa bilərik. Vətəndaşın hansısa quruma və ya məmura olan qəzəbini ilk dəfə gördüyü jurnalistə qusması da başqa mövzudur. Həmin adamlara şikayət etdikləri problemləri ictimailəşdirməyi də təklif edirik, "yox, onsuz da düzələn deyil" deyirlər. O qәdәr şey danışırlar, amma kameraya yox. Hətta ötən gün bir ağsaqqal dedi ki, onun (kameranın) ağzını "әәnә elә".

İnsanlara yaxınlaşıb mövzu haqda geniş mәlumat veririk. Çalışırıq ki, mövzunu әhatәli izah elәyәk. Hәm dә insanların sosial mәsәlәlәrә münasibәt bildirmәsinin әhәmiyyәtindәn dә danışırıq. Deyirik, ay xala, ay әmi, ay qardaş, ay bacı, siz özünüzlə bağlı olan məsələlər haqda gәrәk danışasız. Bu sorğu, dolayısıyla biz vәtәndaşlara faydalı ola bilәr. Yaxınlaşdığımız adamların çox az hissәsi danışmağa razılaşır. Bәzilәri deyir ki, danışmağın nә faydası? Bәzilәri danışır, amma mikrofonu yaxasına yaxınlaşdırana qәdәr. Bәzilәri mәdәni formada deyir ki, gedin başımdan. Bəziləri də özünü elə aparır ki, sanki məşhur adamdı vaxtı yoxdu açıqlama verməyə.

Hər sorğuya çıxanda insanların niyә belә elәdiklәrinә cavab axtarıram. Mәnә elә gәlir ki, biz, yaşlısı cavanı daxil olmaqla azad adamlar deyilik. "Görəsən nə deyərlər? Nəticəsi necə olar? Guya mən danışsam nə olacaq ki? Birdən danışılmaması lazım olan şeylərdən danışaram, yaxşısı budur danışmayım". Bu fikirlər və suallar bizi qorxudur. Ona görə ən yaxşısı uzaq durmaqdır - deyib elə uzaq dururuq. Biz gәnclik vaxtımızda valideynlәrimizdәn, valideyn olandan sonra övladlarımızdan çәkinirik. Mәsәlәn, bir gәnc durub mövcud vәziyyәt haqda müәyyәn qәdәr geniş kütlәyә danışsa, bu onun üçün "tәhlükә" ola bilәr. Yәni, ata, anası onun o çıxışından sonrakı taleyindәn narahat olarlar. Orta yaşlı bir adam durub desә ki, vәziyyәt çәtindi, çatdırmaq olmur, dolana bilmirik. Bu da həmin adamların övladları üçün utanc səbəbi olar. Buna görә dә oğlu, qızı tәrәfindәn sәrt tәnqidә mәruz qala bilәr. Bəli, hətta qalırlarda. Bir dəfə sorğuda iştirak eləyən bir qadınla sonradan rastlaşdım. Mənə dedi ki, evdə uşaqlar bərk hirsləniblər: "Dedilər ki, sənə qalıb bu problemlərin həlli?! Guya sənin danışmağınla ölkə düzələcək?".

Oxundu: 135

© 2017 - NSPSOLUTIONS