ABŞ-da məhkəmə prezidentin əleyhinə növbəti qərar çıxarıb

Qadın həyat yoldaşının maşınını etibarnaməsiz idarə edə bilər - VİDEO

Cənubi Koreyanın sabiq prezidentinin həbsi barədə qərar verilib

Cümə axşamı, 30 mart 2017

Menu

Cümə axşamı, 30 mart 2017

Yazarlar

Əziz Mustafa

Rusiya Qarabağı bizə "qaytaracaqmı"?

27.03.2017 15:10

Son bir ildə Kütləvi İnformasiya Vasitələrində "Putin Qarabağı qaytarır", "Ermənilər şokda: Rusiya Qarabağı Azərbaycana qaytarır", "Putin ermənilərin Qarabağ ümidlərinni boşa çıxardı" və buna oxşar başlıqlar altında çoxlu sayda yazılar gedir. Maraqlanırsan, yazını oxuyursan, amma Putinin və ya Rusiyanın Qarabağı Azərbaycana "qaytaracağı" barədə məqalənin içində konkret bir fakt belə tapmaq olmur. Sadəcə olaraq hiss edilir ki, müəllif oxucunun diqqətini yazıya cəlb etmək üçün cəlbedici başlıq qoyub. Bir neçə gün əvvəl hörmətli saytlardan birində yenə də "Putin Qarabağı qaytarır" adlı "analitik" yazı getmişdi. Amma yazıya şərhlərdən hiss olunurdu ki, oxucular artıq belə yalanlara inanmırlar.

Əslində oxucunu qınamaq olmaz, çünki bu gün siyasətdən uzaq adama da aydındır ki, Qarabağ münaqişəsi SSRİ dövründə DTK-nın bağlı qapıları arxasında Qorbaçovun ətrafındakı erməni mafiyasının iştirakı ilə hazırlanmış xüsusi ssenari idi. Bu ssenari SSRİ-nin dağılmasına səbəb olaraq milli etnik münaqişələrin körüklənməsinə, on minlərlə insanın ölümünə, yüz minlərlə insanın yurd-yuvasından didərgin düşməsinə, qaçqın, məcburi köçkün həyatı yaşamasına gətirib çıxardı. Təssüflər olsun ki, SSRİ dağılandan sonra belə imperiyanı bərpa etmək niyyətinə düşənlər qos-qoca bir imperiyanı ermənilərin maraqlarına qurban verdiklərini başa düşmədilər. Əksinə Qorbaçovdan sonra ölkəni idarə etməyə başlayan Yeltsin və komandası imperiyanı bərpa etməyə yolun etnik münaqişələrin həllindən keçdiyini bilə-bilə vəziyyəti daha da gərginləşdirmək yolu seçdilər. Bu müstəvidə də məhz etnik münaqişələrdən istifadə etməklə imperiyanı bərpa siyasətini önə çıxardılar. Yeltsindən sonra da ermənilərin maraqlarına cavab verən bu yanlış siyasət davam etdirildi və etdirilməkdədir. Hər halda biz Rusiyanın Qarabağ münaqişəsinin həllinə münasibətdə günümüzdə yeritdiyi siyasətdə bunu aydın şəkildə hiss edirik. Ona görə də Putin və ya Rusiyanın Qarabağı Azərbaycana "qaytaracağı" barədə oxucunu aldatmağa xidmət edən yazıların müəlliflərinə deməyə söz tapa bilmirəm. Adama deyərlər, ay qardaş, ay məqalə müəllifi, Qarabağ Rusiyanın şəxsi malıdır ki, onu Azərbaycana versin və ya qaytarsın. Qarabağ qədim Azərbaycan toprağıdır və ermənilər də məhz Rusiyanın yardımı ilə ərazilərimiizn 20 faizini işğal ediblər. Digər tərəfdən də Qorbaçov dövründə şahnazaryanlar, aqanbekyanlar, sitaryanlar, Yeltsin dövründə anası erməni olan müdafiə naziri Qraçov və digər ermənilər, indi də erməni Lavrovlar (Kələntəryan) Qarabağ münaqişəsinin həllinə imkan vermirlər və verməyəcəklər də. Hörmətli politoloqlarımızdan birinin də dediyi kimi Lavrov Rusiya xarici işlər nazirliyinə erməniləri dolduraraq onu az qala Ermənistanın filialına çevirib. Yəni hətta Putin münaqişənin həllində hansısa addımlar atmaq istəsə belə, Lavrov və yüksək vəzifələrdəki erməni mafiyası buna imkan verməyəcək. Lavrovun erməniləri necə müdafiə etdiyini, onları ağır məğlubiyyətdən xilas etmək üçün aprel döyüşlərində bütün imkanlardan istifadə etdiyinin hamımız şahidi olduq. Şübhəsiz ki, aprel döyüşlərindən sonra Ermənistan "İsgəndər" raketlərinin verilməsində də Lavrovun xüsusi rolu olub. Məhz Rusiya tərəfindən Ermənistana "İsgəndər" raketləri veriləndən sonra Yerevan danışıqlarda iştirak etməkdən imtina edir. Üstəlik Sarkisyan addımbaşı müharibə başlayacağı təqdirdə Azərbaycanı "İsgəndər"lə hədələyir. Bütün bunları bilə-bilə Putinin Qarabağı "qaytaracağı" barədə oxcuları aldatmağa xidmət edən yazılar yazana ən azından yazığım gəlir. Yenə də qeyd etmək istəyirəm ki, Qarabağ nə Rusiyanın, nə də bölgədə hərbi-strateji, iqtisadi, siyasi maraqları olan hansısa supergüclərin şəxsi əşyası, dədə-baba mülkü, ərazisi deyil. Ona görə də əzəli, qədim Azərbaycan ərazisi olan Qarabağı bizə kimlərinsə "qaytaracağını" və ya "qaytarmağa" hazırlaşdığını yazmaq ən azından millətimizə, xalqımıza qarşı hörmətsizlikdən başqa bir şey deyil...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 41

© 2017 - NSPSOLUTIONS