"Rusiya türk pomidorlarını Azərbaycandan alır" İDDİA

Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

Azərbaycanda nağd maaş verilməsi qadağan edildi

bazar, 26 mart 2017

Menu

bazar, 26 mart 2017

Yazarlar

Əli Çərkəzoğlu

Nağıl kimi bir adam

01.02.2017 17:50

Bu yer üzündə fərqli bir rəng, fərqli bir səs, fərqli bir mənzərə idi. Elə bil, ömrü boyuncə kimsə ilə dava eləməmişdi, hərəkətlərindən danışıq tərzindən, yerişindən, duruşundan mehribanlıq yağırdı. Elə adı da mehribançılıq, sülh mənasına gəlirdi: Barış, Barış Manço.

Uzun-uzun saçları vardı, bığlarının ucu çənəsinin altına qədər uzanırdı, hər barmağına bir üzük taxardı, geyiminə baxsan ayırd edə bilməzdin ki, bu hindudur, yapondur, ya türk. Tamamən fərqli bir insan gətirin göz önünə. Elə oxumağı da təkrarsız idi. Kimsənin oxuduğunu oxumadı, kimsənin üslubunu təkrarlamadı. Qalın qar içində yamacda cığır aça-aça gedən adam varmı, bax eynən elə adam idi Barış Manço.

Türk dilinin, türk mədəniyyətinin dünyadakı qeyri-rəsmi elçisi idi. Səsi ya Latın Amerikası ölkələrindən gəlirdi, ya da Cənub-şərqi Asiyadan. Ən çox da Doğu Türküstanda, Yaponiyada, Koreyada, Laosda tanınır, sevilirdi. Getdiyi hər yerdə türk adını tanıdır, sevdirirdi. Bunun nə qədər böyük missiya, gərəkli iş olduğunu söyləməyə ehtiyac toxdur. Getdiyi yerlərdən çox maraqlı proqramlar hazırlayıb göstərirdi TRT-də. Onun proqramları həvəslə baxılır, böyük rəğbət qazanırdı.

Azərbaycanı yad ölkə hesab eləmirdi. Qapılar açılan kimi Bakıda bizləri salamlayan ilk qardaş sənətçilərdən idi. Bir Novruz ərəfəsində Qoşa Qala qapılarının yanında düzəldilmiş səhnədə oxuduğu gözlərimin özündədir. Hava soyuq olsa da onun coşqusu, səmimiyyəti adamın qəlbinə hərarət kimi axırdı.

Qəribədir ki, o heç kəsi yamsılamadığı kimi, kimsə də ondan sonra onun oxuduqlarını təkrarlamadı. Mahnıları ancaq öz səsində, öz nəfəsində qalır Barış abinin. Mahnıları da özü kimi fərqli idi. Adlara fikir verin: Sarı çizməli Mehmet ağa; Arkadaşım eşşək; Domates, bibər, patlıcan; Gülpəmbə... Mahnılarının sözünü də, musiqisini də özü yazırdı. Musiqi də, sözlər də özü kimi fərqli, təkrarsız idi.

TRT-də "Adam olacaq çocuk" adlı uşaq verilişi aparırdı. Əslində o, aparıcılıq deyildi, Barış abi o proqramı yaşayırdı. 3-4 yaşlı uşaqları necə danışdırır, necə sevindirirdi, İlahi! Adam başdan-başa sevgi idi, səmimiyyət idi, təbəssüm idi. körpələr bir andaca özlərini unudur, filosof görkəmi alıb yaşından böyük şeylər danışır, sonunda da bir diş məcunu, ya başqa bir şey hədiyyə alıb sevinə-sevinə ananın üstünə qaçırdılar. Uşaqlarla uşaq kimi danışmırdı, böyüklər kimi söhbət edirdi, mikrafonu belə onların boyuna görə endirmirdi, onları pilləkənlə yuxarı qaldırır, o böyüklük duyğusunu yaşadırdı onlara.

Nağıl kimi bir adam idi, bu yer üzündə dolaşır, ayaq basdığı hər yerdən dostluq, qardaşlıq türküləri kimi əsib keçirdi.

Başına topladığı musiqiçi dostları onu bir göz işarəsi ilə başa düşür, istədiyi notdan başlayırdılar. Bütün duyğularını, könlünü musiqiyə vermişdi, və dünyaya demək istədiyi hər şeyi də musiqi dili ilə söyləyirdi. Hətta xoşladığı qıza sevgisini də çox orijinal tərzdə açıqlayıb. Deyilənə görə, xoşladığı qız ondan bir mərtəbə yuxarıda yaşayırmış və bir gün barış evdə musiqi ilə məşğul ikən qapı döyülür. Açanda da qarşısında kimi görsə yaxşıdır, sevdiyini. Qız gəlişinin məqsədini deyir və xahiş edir ki, balkona düşmüş paltarı götürüb ona versin. Barış abi də "Verərəm, ancaq bir şərtlə: gərək mənimlə evlənəsən". Bu da onun eşq elanı. Yəni bağışla ki, bir mərtəbə yuxarı qalxıb, sənə sevgimi elan eləməyə macalım yoxdur, amma indi ki özün gəlmisən, lap yerinə düşdü, biləsən ki, səni sevirəm. Bu söhbətin nə qədər doğru olduğunu bilmirəm, amma onu bilirəm ki, bu cür eşq elanı ona yaraşır.

Həyatının son illərində bir mahnısı daha çox sevilir, könüllərə tərcüman olurdu. Bu mahnı əslində zarafatcıl adamın cox ciddi və duyğulu bir etirafına bənzəyirdi:

Unutma ki, dünya fani,

Verən Allah alır canı,

Mən nasıl unudurum səni,

Can bədəndən çıxmayınca.

1999-cu ilin yanvarını fevrala bağlayan gecə 56 yaşında bir quş kimi uçub getdi dünyadan. Onu dəfn eləməyə milyonlar toplaşmışdı. İstanbul o izdihamı çox az-az görür. Aradan 18 il keçir, BARIŞsızlığımızın 18 ili. İnsanın insana verə biləcəyi ən böyük pay onun üçün Allaha dua eləməkdir. Mən də bu ayrılığın 18-ci yaşında üzümü bizi Yaradan Uca Xaliqə tutur, Ondan sənə rəhmət diləyirəm, günahlarını əfv eləsin, nemətlərinə qovuşdursun səni, Barış abi. Allah rəhmət eləsin!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 205

  • Nağıl kimi bir adam

    01.02.2017 17:50
    Bu yer üzündə fərqli bir rəng, fərqli bir səs, fərqli bir mənzərə idi. Elə bil, ömrü boyuncə kimsə ilə dava eləməmişdi, hərəkətlərindən danışıq tərzindən,
  • 20 yanvar yas deyil, dərsdir

    19.01.2017 15:48
    Hər dəfə 20 yanvarı düşünəndə böyük mütəfəkkir Mehmet Akif Ərsoyun bir beyti ağlıma gəlir:
  • Tövbə zamanıdır, Gülər xanım

    05.01.2017 17:42
    Haqsız danışmaqdan, könül qırmaqdan elə qorxuram ki...
  • Dediyinin hamısı o deputatın özüdür

    26.12.2016 16:39
     Milli Məclisdə Cəbrayıl rayonunu təmsil edən deputatın öz seçiciləri haqqında "azğın", "nəşəli", "sərxoş" deməsi, ailəsinin dolanışığını qazanmaq üçün
  • Dilənçilər və xlor satanlar girməsin

    14.12.2016 16:29
    Yaşadığım binada bloklərın girişinə xüsusi kilidlər quraşdırmağa başlayıblar.
  • Biz niyə əsa götürmürük?

    08.12.2016 18:32
    Dünən şəhərimizə qar yağdı, yollar buz bağladı.
  • Efirimizin öküz sevgisi

    30.11.2016 13:17
    Deyirlər ki, bir adamın çox əcaib istedadı varmış: 1 metrdən sapı necə atırmışsa, iynənin ulduzundan keçirirmiş. Çox keçmir ki, onun şöhrəti hər tərəfə
  • Nəyi, niyə və necə oxuyaq...

    29.11.2016 17:38
    Kimi dindirsən, kitab oxumağı məsləhət görəcək. Doğrudur, kitab oxumaq yaxşı şeydir,
  • Toy üçün musiqi

    29.11.2016 15:17
    Uşaq vaxtı kimdənsə eşitmişdim ki, dünya xalqlarının musiqisini sıralayıblar, birinci yeri İtaliya musiqisinə, ikinci yeri Hind musiqisinə, üçüncü yeri isə
  • Kövrəyəm, küskünəm

    24.11.2016 17:57
    Başqalarını bilmirəm, mən payızda yaman kövrəlirəm.
  • Hələ demədiyim bir sözüm qalır

    10.11.2016 16:46
    İnsan öz imkanlarını reallaşdıra bilməyəndə içindən qırılır.
  • Türkiyə saatını çaşıb

    09.11.2016 15:22
    Əgər xatırlayırsınızsa, yaxın keçmişə qədər Türkiyə saatı ilə Azərbaycan saatı arasında iki saat fərq vardı, yəni bizdə axşam saat 8 olanda qardaş ölkədə
  • Yeni Yasamalın köhnə dərdi

    02.11.2016 17:30
    Son günlərdə havalar bir xeyli yağmurlu keçsə də soyuq olmur və sən də evdən çıxanda avtobusa-zada minmək istəmirsən.
  • O arxivlər niyə açılmır?

    24.10.2016 16:12
    XX əsrin ikinci yarısında Azərbaycan ictimai hərəkatının mənim üçün ən dəyərli simalardan biri İsmixan Rəhimov olub.
  • Hər yer mətbəx, hər tərəf şou

    19.10.2016 12:07
    Azərbaycan efirini hələ bu qədər bayağı, bu qədər şit görməmişdim.
  • Bir körpə çarə gözləyir

    11.10.2016 16:36
    Bir neçə gün əvvəl efirdə gördüyüm bir süjetin ağırlığı hələ də üzərimdədir.
  • Nəticə çıxara bilsək...

    05.10.2016 11:45
    Hər gün Suriyada onlarla insan öldürülür.

© 2017 - NSPSOLUTIONS