Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladı


Ermənistan İstintaq Komitəsi aprelin 20-dən Azərbaycanla sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Komitədən verilən məlumata görə, ümumilikdə aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.
Yolları bağlayarkən avtoxuliqanlıq, qəsdən əmlaka zərər vurma, fiziki güc tətbiq etmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı 7 iş başlanıb.
Qalan 4 iş təkərlərin zədələnməsi, etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanılması ilə bağlıdır.
9 təqsirləndirilən şəxs həbs edilib, biri ev dustaqlığındadır.
Daha 3 nəfərə ölkəni tərk etməmək qadağası qoyulub. 1 nəfər inzibati nəzarət, 1 nəfər isə maarifləndirci nəzarət altındadır.
Bu hallarla bağlı istintaq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top