Kremldə şam yeməyi – Menyuda bunlar var idi


Mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra Kreml sarayında Ali Avrasiya İqtisadi Şurası ölkələrinin liderlərinə şam yeməyi verilib.
Yeniavaz.com
“Pul Pervoqo” Teleqram kanalına istinadla xəbər verir ki, şam yeməyi menyusuna aşağıdakılar daxil olub:
- qızıl balıqlı pelmeni (rus mətbəxinə məxsus ətli xəmir yeməyi),
- mal döş əti, pampuşka (pişi növüdür) və xama ilə borş,
- çaytikanı şərbəti,
- balqabaqlı və ispanaqlı Baykal omulu (qızılbalıq növüdür),
- kartof və qovaq göbələyi sousu ilə “Pojarskaya” kotleti,
- “Anna Pavlova” deserti.
Qedy edək ki, mayın 8-də Kremldə Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstan, Özbəkistan və Kuba prezidentlərinin iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top