Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.
Xatırladaq ki, A. Məmmədli aprelin 29-da saxlanılıb, bir gün sonra – aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.