Uzun yaşamağın dörd amili hansılardır?


“Sağlam həyat tərzi keçirməklə hətta anadangəlmə xəstəliklərin riskini də azaltmaq olar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Sağlamlığı Məktəbinin dekanı, nutrisioloq Xue Li CNN-ə müsahibəsində deyib.
Li gündəlik vərdişlərin ömür uzunluğuna təsirini sübut edən bir araşdırmada iştirak etdiyini bildirib:
“Həyati təhlükəsi olan xəstəliklərə genetik meyli olan insanlar sağlam vərdişlərə əməl edənlər, orta hesabla 5,5 il daha çox yaşayıb. Biz optimal həyat tərzi kombinasiyasını müəyyən etdik ki, bura dörd amil daxildir - siqaretdən imtina, müntəzəm fiziki fəaliyyət, kifayət qədər yuxu və sağlam qidalanma. Bu dörd amil müşahidə olunmazsa, daha erkən ölüm riski 78 faiz artıb”.

DİGƏR XƏBƏRLƏR

Top