Ölən və yaralanan hərbçilər var – Kəlbəcərdə qəza


Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili minik avtomobilli ilə toqquşub.
Müdafiə Nazirliyindən bildirilib ki, Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib.
Qeyd olunub ki, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçular həkimlərin nəzarəti altındadır.
“Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır”, - deyə MN-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top